Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Saatlıda Anım Günü qeyd edilib

27 sentyabr Anım Günü ilə bağlı Saatlı rayonunun “Şəhidlər” abidə-xatirə kompleksində ümumrayon tədbiri keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə çıxış edən rəsmilər 27 sentyabr 2020-ci il tarixdən təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti təxribatlarının qarşısının alınması üçün həyata keçirilən əks hücum əməliyyatları ilə Vətən Müharibəsinin başlanıldığını, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük mübarizədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyini, əsgər və zabitlərimizin qəhrəmanlıq səlnaməsi yazaraq, düşmən üzərində parlaq Qələbə qazandığını bildiriblər.

Tədbirdə Vətən Müharibəsinin şəhid ailələri, qaziləri və müharibə iştirakçıları da çıxış edərək, Azərbaycanın bu tarixi Zəfərinin əldə olunmasında xalqımızın həmrəyliyindən, əsgər və zabitlərimizin keçdiyi döyüş yollarından, göstərdikləri şücaətlərindən, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud surətdə pozmasından və Müzəffər Ali Baş Komandanın iradəli və qətiyyətli mövqeyindən geniş söhbətlər açıblar.

Sonda məktəblilərin iştirakı ilə hazırlanmış “Zəfərə gedən yol” adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla izlənilmiş, vətənpərvərlik mövzusunda sərgiyə baxış keçirilmiş və Saatlı şəhərinin Heydər Əliyev prospektində şəhidlərin xatirəsinə 500-dən artıq ağac əkilib.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …