Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Saatlıda karantin rejimini pozan 2 çay evi aşkarlandı

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə xidmət edən 2 çay evi aşkar edilib.

Hər 2 çay evinin sahibi polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələr tətbiq olunub. Müştərilərlə profilaktiki səpkidə söhbətlər aparılıb, ciddi xəbərdarlıqlar edilib.

Check Also

Sürücülərə XƏBƏRDARLIQ – Diqqətli olun

Hazırda paytaxt ərazisində bəzi yol sahələrində duman müşahidə olunur. Görmə məsafəsinin məhdudlaşması nəqliyyat vasitələrinin hərəkətinə …