Şənbə , 14 Mart 2026
Drone Cameras

Sabah Azərbaycan və Ermənistan sərhəd Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır

Sabah Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın aparatından bildirib.

Sayca 6-cı iclasda komissiyanın əsasnaməsi də müzakirə olunacaq.

Bundan əvvəl qeyd olunub ki, iclasda üçüncü tərəfin iştirakı planlaşdırılmır.

Qeyd edək ki, komissiyaya Azərbaycan tərəfdən Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə M.Qriqoryan sədrlik edir.

Komissiyanın beşinci iclası ötən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində keçirilib.

Check Also

Paşinyan Simonyanı İstanbula niyə göndərir – MÜHÜM GƏLİŞMƏ

Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin gələn ay İstanbula səfər edəcəyi dəqiqləşib. …