Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Sabah “Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.

Boyukmillet.com xəbər verir ki, aksiya “Facebook” və “İnstagram” sosial şəbəkələri üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə hər iki sosial şəbəkə vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

Check Also

Balluku: Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində intensiv əməkdaşlığa hazırdır

Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində çox intensiv əməkdaşlığa hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın …