Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Sabahdan bu taksilərdən istifadə edənlər vergi ödəyəcək

Onlayn sifariş qəbul edən taksilər üçün 18 faiz əlavə dəyər vergisinin tətbiqinə başlanılır.

Boyukmillet.com-un Xəzər TV-yə istinadən məlumatına görə, dekabrın 1-dən etibarən xarici taksi şirkətlərinə kartla ödəniş zamanı müştərilərdən əlavə pul tutulacaq.

2016-cı ilin sonunda Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən qeyri-rezidentlərə məxsus, yəni xarici taksi şirkətləri tərəfindən ölkə ərazisində göstərilən xidmətlərə 18% dərəcəsi ilə əlavə dəyər vergisi bu ilin əvvəlindən tətbiq edilməli idi. 

Lakin texniki məsələlərə görə proses gecikdiyindən ödəniş zamanı əlavə dəyər vergisi tələb olunmurdu.

Sabahdan etibarən isə xarici taksi şirkətlərindən istifadə edənlər kartla ödənişlərdə getdikləri yolun xərcindən əlavə də 18 faiz vergi ödəyəcəklər.

Yeni qərarın tətbiqi ilə bağlı bütün banklar və kart prosessinq şirkətlərinə məlumat verilib.

 

boyukmillet.com

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir