Cümə , 22 Noyabr 2024
Drone Cameras

Sabir Rüstəmxanlı: Dünyada iki savaş gedir – biri silahla, digəri mədəniyyətlə

Dünyada iki savaş gedir: biri silahla, digəri mədəniyyətlə. Mədəniyyət savaşı əbədidir. Mədəniyyət savaşında udan silahla savaşı dünəndən udar. Biz bundan sonrakı dönəmdə ən böyük diqqəti mədəniyyətə yönəltməliyik. Biz mədəniyyətimizin böyüklüyü ilə dünyaya hökm etməliyik. 

XQ xəbər verir ki, bu sözləri Bakıda keçirilən Türk Dünyası Beynəlxalq mədəniyyət konfransında çıxışı zamanı Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib. 

O qeyd edib ki, 44 günlük Vətən savaşı, Şuşa bəyannaməsi Türkiyə və Azərbaycanın bir-birinin yanında olmasının yeni, möhtəşəm havasını gətirdi. Bu tək Türkiyə-Azərbaycanın deyil, bütün Türk dünyasının qələbəsinə çevrildi. İllərdir şahidiyik ki, Türkiyəni Avropa Birliyinə üzv etmirlər. Amma indi Türkiyə böyük türk varlığının birliyi üçün çalışır. Dünya türklərinin birliyə doğru yönələn addımları bizi məmnun edir. Biz mədəniyyətimizin böyüklüyü ilə dünyaya hökm etməliyik. Dünya türkləri toplanmalı, birləşməlidir. Özümüzü tanımalıyıq, kökümüzü bilməliyik, hardan gəlib, hara getməli olduğumuzu dəqiqləşdirməliyik. Bizim gücümüz haradadır. Bizim sərhədlərimiz harda başlayır, harada bitir – bunları tanımalıyıq. Türk dünyasının sərhədlərini bilməliyik. Gələcəyimiz üçün nə işlər görməliyik?

S.Rüstəmxanlı antiterror tədbirlərinə toxunaraq bildirib ki, son möhtəşəm əməliyyatlarda Azərbaycan ərazilərində kök salmaqda davam edən terror qruplaşmalarının kökü kəsildi. Bu gün bir sıra avropalı ekspertlər deyir ki, biz 30 il erməniləri eşitdik, gəlin bir dəfə də azərbaycanlıları eşidək. Nəhayət, onlar başa düşürlər ki, bizi də dinləmək lazımdır. Bir milyondan çox insan 30 ildir ki, qaçqın və məcburi köçkün vəziyyətindədir. Sonunda, nəhayət, Azərbaycan sözünü deməklə hamımız dərindən nəfəs aldıq. 

Anar TURAN
XQ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …