Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

SABİR RÜSTƏMXANLI SÖHBƏTLƏRİ: DİLİMİZİN İŞĞALI VƏ “XIRDA MƏSƏLƏLƏR” – VİDEO

“Yeni ildəki ilk görüşümüzdə mən çoxlarının xırda saydığı 2 məsələyə toxunmaq istəyirəm. Bunları Milli Məclisin ötənilki axırıncı iclasında da dilə gətirdim və müəyyən anlaşılmaz reaksiyalar doğurdu”.

Bu fikirləri Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Bakupost.az saytının “Sabir Rüstəmxanlı söhbətləri” verilişində deyib.

Millət vəkilinin sözlərinə görə, Milli Məclisin son iclasında 2023-cü ilin ilk günündən doğulan uşaqların soyadlarının milli olması təklifi ilə çıxış edib.

1992-ci ildə soyad sonluqları ilə bağlı parlamentdə qərar qəbul edildiyini xatırladan millət vəkili son 30 ildə bu istiqamətdə ciddi dəyişiklik müşahidə edilmədiyini bildirib:

“Çox az şey dəyişib. Sanki gizli bir əl bu prosesin inkişafına mane olur. Mən bu gün bəzi məktəblərə zəng vurub soruşdum. 2500 nəfərlik şagirdi olan bir məktəbdə təxminən neçə uşaq milli soyad daşıyır? Maraqlandım və məlum oldu ki, 1-ci sinifdə cəmi 2 nəfərin soyadı lı, li ilə bitir, qalanlarında ov-dur. O biri sinifdə 27 şagirddən 15-nin soyadı ov sonluğu ilə deyil. Onların da cəmi 2-3-ü lı, lü sonluğu ilədir. Yerdə qalan zadə-dir. Maraqlı bir prosesdi, sanki o “zadə”ni “ov”un əvəzinə ortaya atırlar. Bu da farsın şəkilçisidir. Bunun bizə nə aidiyyatı var? Mən hələ adları demirəm. Bakıda baxıram son vaxtlarda bir sıra qəribə adlar və soyadlar meydana çıxır. Ərəb adlarına meyillilik güclənir”.

Millət vəkili soyad sonluqları, milli adlar, millətin özünüdərki ilə bağlı digər mühüm məqamlara da toxunub. Bu barədə daha ətraflı “Sabir Rüstəmxanlı söhbətləri”ndə dinləyə bilərsiz.

Check Also

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə …