Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Sabir Rüstəmxanlı: “Ukrayna öz torpaqlarını qoruyur və dünya onun yanındadır”- Video

“Ukraynanın dəstəyinin çox olması bizi sevindirir, amma eyni münasibəti biz də görmək istəyərdik”. 

Boyukmillet.com xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib.“Bu gün dünya çox ağır durumdadır və üçüncü dünya müharibəsinin başlanmasının astanasındadır. Ukrayna öz torpaqlarını qoruyur və dünya onun yanındadır”,- deyə millət vəkili fikrini tamamlayıb.S.Rüstəmxanlı bildirib ki, Azərbaycanın haqq savaşı zamanı isə bütün dünya ictimaiyyəti susdu. Onun sözlərinə görə, bu əsasən irqi ayrıseçkiliyə görə baş verib:“Bu olanlar bizə çox tanışdır. 30 illik müharibəmizdə bizim yanımızda olmayan dünya bu gün Ukraynanın dəstəkçisidir. Təbii ki, Ukraynanın dəstəyinin çox olması bizi sevindirir, amma eyni münasibəti biz də görmək istəyərdik. Lakin irqi ayrıseçkilik göz önündədir”.Sonda deputat qeyd edib ki, Azərbaycan bu gün Ukraynadan gələn qaçqınlar uçun ev sahibliyi edə bilər:”Ukraynada yarım milyondan çox azərbaycanlı yaşayır. Ümumiyyətlə, Ukraynadan gələn qaçqınlar üçün bəlkə də Azərbaycan da qucaq aça bilər. Onsuz da biz qaçqın görməyə öyrəşmişik”.

https://youtu.be/o9STlqBqQEE

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …