Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Sahibə Qafarova Türkiyəyə səfərə gedəcək

İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, tədbir Parlamentlərarası İttifaqın və Türkiyə Böyük Millət Məclisinin birgə təşkilatçılığı ilə keçirilir.

Milli Məclisin sədri konfransda çıxış edəcək.

Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak edəcəklər.

Check Also

Milli Məclis elektron siqaretlərin qadağası ilə bağlı layihəni ilk oxunuşda qəbul edib

Milli Məclis elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, …