Cümə , 27 Mart 2026
Drone Cameras

Sahil Babayev: “Cənub Qaz Dəhlizini Macarıstanla birləşdirən infrastruktur yaradılmalıdır”

“Macarıstan Azərbaycandan təbii qaz almaqla bağlı marağını ifadə edib. Bunun üçün Cənub Qaz Dəhlizini Macarıstanla birləşdirən infrastruktur yaradılmalıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasından sonra təşkil edilmiş brifinqdə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

“Dövlət Neft Şirkəti (SOCAR) Avropa ölkələrinə təchizatı artırmaq niyyətini bəyan edib. Burada əsas infrastruktur məsələsidir. Ya yeni infrastruktur yaradılmalıdır, ya da Bolqarıstan və Rumıniyadakı qaz xətləri ilə əlavə qaz nəql edilməlidir. Danışıqların ana xətti bu istiqamətdədir. Hər iki tərəfin niyyəti var”, – o deyib.

Check Also

Neft qiymətləri artır, bəs manatı nələr gözləyir? – MÜHÜM AÇIQLAMA

Dünya enerji bazarlarında baş verən dalğalanmalar, xüsusilə neftin qiymətində müşahidə olunan kəskin artım fonunda neft …