Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Sahil Babayev: “Son 12 ildə İƏT üzv ölkələrində işsizlik səviyyəsi nisbətən pisləşib”

“Son 12 ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə işsizlik səviyyəsi nisbətən pisləşib”.

Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Nazirləri Konfransının Nazirlər Sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, işsizliklə bağlı çağırışlar hələ də gündəmdədir: “Bu gün bizim ölkələrdə əhalinin orta artım tempi artıqdır. Gənc əhalinin sayı çoxdur. Xüsusilə gənclər arasında işsizlik 15,8 faizdir. Bu da qarşıdakı dövlərdə qarşımızda olan növbəti çağırışlardan biridir”.

Nazir vurğulayıb ki, İƏT dövlətləri arasında əməkdaşlığı artırmaqla ölkələrimizdə inkişafa töhfə verə bilərik.

Check Also

Erkən nikahla bağlı qanunvericilik sərtləşdirilə bilər

Milli Məclisdə erkən nikahla bağlı qanunvericiliyin sərtləşdirilməsi təklif olunub. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin Ailə, …