“Əsas məqsədimiz voleybolun populyarlığının, kütləviliyinin artması və mükəmməl infrastrukturun qurulmasıdır”.
Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov milli komandanın yeni baş məşqçisi Ataman Güneyligilin təyinatı ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.
Azərbaycan voleybolunun uğurlarından bəhs edən federasiya rəhbəri bu nailiyyətlərin davamının gətirilməsinin vacibliyini vurğulayıb: “Azərbaycanda voleybol kifayət qədər məşhur idman növüdür. Komandalarımız Avropa və dünyada yaxşı nəticələr əldə ediblər”.
Qeyd edək ki, türkiyəli Ataman Güneyligil mayın 15-də qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunub.