Bazar , 19 May 2024
Drone Cameras

Şahmar Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvü Şahmar Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir.

Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti bu gün Türkiyənin paytaxtında Heydər Əliyev parkındakı ümummilli lider Heydər Əliyevin heykəlini ziyarət edib. Mərasimdə Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və səfirliyin digər nümayəndələri də iştirak ediblər. Ulu Öndərin ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və xatirəsi ehtiramla yad olunub.

Nümayəndə heyəti bu gün Türkiyənin Vitse- prezidenti Fuat Oktay tərəfindən qəbul ediləcək və heyətlərarası müzakirələr aparılacaq.

Səfər çərçivəsində Kənd Təsərrüfatı Torpaqlarının idarə edilməsi mövzusunda çıxışlar müzakirələr nəzərdə tutulub. Bundan başqa, nümayəndə heyəti Kənd Təsərrüfatı və Kənd İnkişafına Dəstək İnstitutuna baş çəkəcək, institutun təcrübələri ilə maraqlanacaqlar.

Check Also

Latviya parlamentinin sədri Füzulidə səfərdədir

Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib. Boyukmillet.com xəbər verir …