Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Şamaxıda karantini pozan şadlıq sarayının sahibi barəsində araşdırma başlanıb

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı toy mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, yoxlamalar zamanı “Nurlan” şadlıq sarayında keçirilən toy mərasimində müəyyən edilən say həddindən artıq, yəni 200 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar obyektin sahibi Nurlan Şeydayevlə bir daha izahedici söhbətlər aparılıb və onun barəsində Polis Şöbəsinin İstintaq bölməsində araşdırma başlanıb.

Check Also

Qarlı havaya görə 15 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub

Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 …