“Xocalı qətliamını unutmadıq, unutdurmayacağıq”.
Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım tviterdə yazıb.
O vurğulayıb ki, ermənilərin Xocalıda 613 Azərbaycan türkünü vəhşicəsinə öldürdüyü Xocalı faciəsi unudulmayıb.
Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
HOCALI KATLİAMI’NI UNUTMADIK
— ŞAMİL AYRIM 🇹🇷 (@samilayrim) February 26, 2023
UNUTTURMAYACAĞIZ
26 Şubat 1992'de Azerbaycan'ın Hocalı kasabasında yaşayan 613 Azerbaycan Türk'ünün çocuk, kadın, yaşlı gözetmeksizin Ermeni Güçleri tarafından vahşice öldürüldüğü HOCALI KATLİAMI'NI UNUTMADIK#Hocalı #azerbaycan 🇦🇿🇹🇷#Hocalı pic.twitter.com/682QzX9bJs