Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Samir Adıgözəlli: “…Bəzi Qərb ölkələrinin səfirlikləri bir az obyektiv ola bilsəydilər, Ermənistanda baş verənləri ört-basdır etməzdilər”

Məlum olduğu kimi, Ermənistanda etiraz aksiyaları davam edir. Yerli müxalifətin və revanşist qüvvələrin Nikol Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaları səngimək bilmir.

19 maydan etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağlayır, yürüşlər keçirirlər. Ermənistan Baş naziri Nikol Paşinyan isə etirazçılara kütləvi həbslər, polis zorakılığı ilə sərt şəkildə cavab verir. Belə ki, hadisə yerinə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Onların insanlara zorakılıq tətbiq etdiyi görüntülərdən də aydın şəkildə görünür. Bundan əvvəl etirazçılara butulka atan Ermənistan polisi bu dəfə də vətəndaşları döyərək onları dayandırmağa çalışıb. Saxlanılanlar arasında qadınlar da var. Ümumilikdə, 73 fəal da daxil olmaqla, yüzlərlə insanın saxlanıldığı bildirilir.

Maraqlıdır ki, Ermənistanda nə aksiyalar fonunda baş verən polis zorakılığı, nə də kütləvi həbslərə ABŞ, Qərb ölkələri reaksiya verir.  Halbuki, 14 mayda Bakıda keçirilən aksiyada bir nəfərin belə burnu qanamamışdı, amma Britaniya Səfirliyi şou yaradıb yalançı hay-küy saldı.

Xarici ölkə səfirlikləri nə üçün Ermənistandakı real zorakılıq faktlarını görmür, erməni polislərin davranışlarına göz yumurlar?

Ekspertlərin fikrincə, Ermənistanda baş verən hadisələrə xarici ölkə səfirliklərinin qeyri-adekvat münasibəti ikili standartlardan irəli gəlir.

  • “İkili standartlar və niyyətləri imkan vermir ki, Ermənistandakı vəziyyətlə bağlı həqiqəti etiraf etsinlər”

İSBAM sədri Samir Adıgözəlli bizimlə söhbətində təəssüflə bildirdi ki, Azərbaycanda təxribat və ölkəmizi gözdən salmaq məqsədilə beş-üç nəfərin keçirdiyi aksiyalarla bağlı  Qərb ölkələri hay-küy salırlar, olmayan hadisələr uydururlar. Ancaq qərb səfirliklərinin Ermənistanda baş verən hadisələti “görmədiklərini ” deyən S.Adıgözəlli hesab edir ki, bu onların  ikiüzlülqyündən xəbər verir: “Əvvəla 14 may aksiyası sıradan bir aksiya olub və heç bir hadisə ilə yadda qalmayıb. Amma Böyük Britaniya səfirliyi bundan hadisə düzəltmişdi. Bu da səbəbsiz deyil, görünür, 14 may aksiyasından umacaqları olan bəzi  xarici ölkə səfirliklərinin arzuları gözlərində qaldığına və nəticə əldə edə bilmədiklərinə, Azərbaycan daxilində sabitliyi pozmaq cəhdləri alınmadığına görə bu cür hay-küy salanlar oldu. Əslində, məqsədləri bu aksiyanı tamamilə başqa yöndə təqdim etmək idi, amma bütün faktlar bunun əksini ortaya qoydu. 14 may aksiyası zamanı aksiyaçılara qarşı polis zorakılığı olmadı, onlar öz qətnamələrini oxuyub dağılışıb getdilər.

Ancaq Ermənistanda aylardır ki, camaat aksiya keçirir, polis insanları amansızlıqla döyür, əzir, işgəncə verir, Azərbaycanda nöqsan axtaranlar susurlar. Bu səbəbdə də Azərbaycan ictimaiyyəti olaraq bizə çox maraqldır ki, nə üçün bəzi Qərb ölkələrinin səfirlikləri Ermənistanda baş verən polis zorakılığına göz yumur, amma bizdə nöqsan axtarır.  Halbiki, bütün qərb ölkələri, qərb təşkilatları Ermənistanda baş verənlərə reaksiya verməlidir. Amma onlar stəkanda fırtına yaratmağa o qədər öyrəşiblər ki, gerçəkliyi görmürlər. Ermənistanda yalnız son günlər 100-ə yaxın həbs edilən, döyülən, ağır xəsarət alan var, ancaq bununla bağlı nə Qərb diplomatları, nə Qərb mətbuatı, nə də Qərb təşkilatları, ABŞ-ın məşhur “insan azadlığı” qurumları bir bəyat verib səsini çıxarır”.

Bu məsələdə də həmişə olduğu kimi ikili standartların mövcud olduğunu deyən İSBAM sədri qeyd etdi ki, heç zaman Qərb Ermənistanla bağlı hadisələrə reaksiya vermir. “Ermənistanda hər addımbaşı insan haqları, demokratiya pozulur, insanlar təqib olunur, zorakılığa məruz qalır, amma  bunu dünya da görmür. Həmin Qərb diplomatlarının Azərbaycanla Ermənistana eyni yanaşma sərgiləmədəyi göz qabağındadır. Bir sözlə, bəzi Qərb ölkələrinin səfirlikləri bir az obyektiv ola bilsəydilər Ermənistanda baş verənləri ört-badır etməzdilər. Azərbaycan əlbəttə, insan hüquq və azadllıqlarının, söz və ifadə azadlığının təmin edilməsi sahəsində nümunəvi dövlətlərdən biridir. Biz Ermənistanda da, Fransa da, başqa ölkələrdə də polisin aksiyaçılarla necə qəddarlıqla rəftar etdiyinin şahidi olmuşuq. Bunları görüb qiymətləndirmək lazımdır. Lakin ikili standartlar və niyyətləri imkan vermir ki, Ermənistandakı vəziyyətlə bağlı həqiqəti etiraf etsinlər ” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

Mətbuat Şurası Vladimir Solovyovun qərəzli mövqeyini pisləyən bəyanat yayıb

“Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı …