Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: Paşinyan yaxşı bilir ki,Türkiyə və Azərbaycanla əlaqələr qurulmasa, Ermənistan yenə də regional layhələrdən kənarda, təcrid vəziyyətdə qalacaq”

“Ermənistan hökuməti dialoqun qurulması ilə bağlı Türkiyədən gələn siqnalları müzakirə etməyə hazırdır. Artıq bir sıra beynəlxalq tərəfdaşlar İrəvan və Ankara arasında dialoqun qurulmasına yardım etməyə hazır olduqlarını bəyan edib”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan Türkiyədən gələn siqnalları dialoq mesajları kimi dəyərləndirməklə nə demək istəyir?


İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli isə bildirdi ki, Paşinyan höküməti Türkiyə ilə əlaqə yaratmağa çoxdan can atır, amma o zaman Azərbaycan əraziləri Ermənistanın işğalı altında olduğu üçün Türkiyə buna şərait yaratmırdı. “Paşinyanın bu açıqlaması təsadüfi deyil. İndiyə qədər dövlətçilik yarada bilməyən Ermənistan höküməti bəlkə indən sonra nəyəsə nail ola bilər. Bu gün Paşinyan Ermənistan hökümətinin dialoqun qurulması ilə bağlı Türkiyədən gələn siqnalları müzakirə etməyə hazır olduğunu bəyan etməklə Ermənistanın Türkiyə ilə yaxından əlaqə qurmaqda çox maraqlı oldunu demək istəyir. Paşinyan Türkiyə hökümətindən gələn siqnallara həssaslıqla yanaşdığını ortaya qoyub. O, bu gün Türkiyə ilə münasibətlərin qaydaya düşməsi üçün hər şeyə hazırdır. O buna nicat yeri kimi baxır ki, Ermənistanı dirçəldə bilsin. O yaxşı bilir ki, Türkiyə və Azərbaycanla əlaqələr, təmaslar qurulmasa, Ermənistan yenə də regional layhələrdən kənarda, təcrid vəziyyətdə qalacaq”.

S.Adıgözəllinin sözlərinə görə, Türkiyə ilə dialoq, təmas qurmağa nail olmaq, siyasi-iqtisadi, kommunikasiya əlaqələrini bərpa etmək üçün Paşinyan bütün vasitələrdən istifadə etməyə hazır olduğunu dolayısı ilə dilə gətirir: “Paşinyanın çıxışında hətta Ermənistanın Türkiyəyə qarşı qondarma soyqırım iddiasından da əl çəkməyə hazır olduğunu sezmək çətin deyil. Hazırda Ermənistan Rusiya vassallığından xilas olmaq, vətəndaşlarını ağ günə çıxarmaq üçün Türkiyənin atdığı hər bir humanist addımı yüksək dəyərləndirir. Ümimiyyətlə, Paşinyan öz ölkəsini xilas etmək üçün Türkiyə ilə istənilən dialoqa hazır olduğunu açıq göstərir. Çünki Ermənistanın başqa çıxış yolu yoxdur. Həm də Azərbaycan və Türkiyənin birgə davranışları, addımları Ermənistanı buna vadar edir. Paşinyan demək istəyir ki, Türkiyə ilə əlaqələrin bərpasına nail olmaqda israrlıyıq və bu Ermənistanın xilas yoludur, bu dialoqa dəstək verənlər öz yerində, bunun əleyhinə olanlar geri çəkilməlidir. Deyir ki, bu dialoqun qurulmasında bizə dəstək olan ölkələr var. Amma bunun əleyhdarları da olmamış deyil. Paşinyan, başda Rusiya olmaqla, bu əlaqələrin qurulmasına maneə törədən dövlətlərə “mane olmayın” mesajını da ötürüb” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …