Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: Ramiz Mehdiyev bu qadağaları yaxşı bilir…

Bildiyiniz kimi əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tuan xüsusi karantin rejimi tətbiq olunub.

Koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Bu günlərdə bəzi vəzifəli şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb.


Boyukmillet.com xəbər verir ki, bu sözləri İctimai Siyasi Proseslər Beynəxalq Araşdırmalar Mərkəzi ( İSBAM )-sədri Samir Adıgözəlli saytımıza açıqlamasında bildirib.
O, qeyd edib ki, əgər xüsusi karabtin rejimi tətbiq olunubsa, bu səpkidə qanunlar qəbul olunubsa, hərkəsə aitdir. Vəzifəli şəxslərin bu qanunları pozması və əhalidə çaşqınlıq oyatması bir başa prezdentə qarşı təxribatdır.
AMEA prezdenti Ramiz Mehdiyev bu qadağaları çox yaxşı bilir. Bunu bilə-bilə qadağalırı pozması bir mənalı deyil.


Biz aylardı əhalini karantin rejiminə əməl etməsi üçün çağırıçlar edirik. İndi çıxıb xalqa nə deyək? Ramiz Mehdiyev nəvəsinə toy edirsə, Siyavuş Novruzov, digər vəzifəli şəxslər və tanınmışlar orda iştirak edirsə xalq narazılığını bildirməkdə haqqlıdır.


Bu bir başa ictimai siyasi mühütü pozmaq və başqa fikirlərə xidmət etmək deməkdir.
Bu gün məhkəmə qərarı dövlətin prinsipial və ədalətli qərarını göstəricisidir. Qanuna əməl etməyən hərkəs öz cəzasını alır. Bəzi vəzifəli şəxslər bilməlidirlər ki, qanunlar qəbul olunanda hərkəs üçün tədbiq olunur.


Ayna Fərhad

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …