Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Samir Adıgözəlli Türkiyədə səfərdədir.

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Türkiyədə işgüzar səfərdədir.

boyukmillet.com İSBAM mətbuat xidmətinə istinadən xəbər verir ki, İSBAM sədri İstanbul və Antalya şəhərlərində siyasi partiyalar, QHT-lər və Azərbaycan Diasporunun təmsilçilərilə görüşlər keçirir. Bu gün Samir Adıgözəlli Milliyətçi Hərəkat Partiyası Antalya təşkilatının sədri Mustafa Aksoyla görüşüb. Görüşdə Azərbaycan-Türkiyə əlaqələri, Türk dünyasını əhatə edən mövzular, Türkiyədəki ictimai-siyasi proseslərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Check Also

Burada maşınların hərəkəti tamamilə qadağan ediləcək

İçərişəhər qoruq ərazisində nəqliyyatın hərəkət sxemi yenilənir.  Boyukmillet.com xəbər verir ki, bu barədə İçərişəhər Dövlət …