Cümə , 29 Mart 2024
Drone Cameras

Samir Adıgözəlli Türkiyədədir: “Azərbaycan bütün məsələlərdə Türkiyənin yanındadır”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Mia.az-a Türkiyədəki zəlzələ ilə bağlı açıqlama verib.

Boyukmillet.com xəbər verir ki, hazırda Türkiyədə olan Samir Adıgözəlli əvvəlcə qardaş ölkənin 10 vilayətində baş verən zəlzələ nəticəsində həyatını itirən türk qardaş və bacılara Allahdan rəhmət diləyib, ailələrinə və türk millətinə başsağlığı verib.

Samir bəy deyib ki, Azərbaycan bütün məsələlərdə Türkiyənin yanındadır: “Hər məsələdə olduğu kimi, bu gün də Azərbaycan qardaş ölkəyə dar günündə ilk səs verən ölkə oldu. Azərbaycan lideri dərhal qardaş ölkəyə təcili xilasetmə qrupunun göndərilməsinə gösıriş veridi. Bildiyimiz kimi, artıq 400-ə yaxın Azərbaycan xilasedicisi yola düşüb. Onlar burada dağıntılar altında qalan qardaşlarımızı xilas edəcəklər”.

İSBAM sədri deyir ki, Türkiyədə zəlzələ ilə bağlı 4-cü səviyyəinin elan olunması hadisənin dəhşətli miqyasını göz önünə gətirir: “Baxın, 10 şəhər demək olar ki, böyük ölçüdə məhv olub, nə qədər insan dağıntılar altında can verib, verir. Şəhərlərin bütün infrastrukturu ya tam, ya qısmən dağılıb, rabitə itib və s. Bu miqyasda işləri, özü də insan həyatı üçün bir saniyənin böyük hökmünün olduğu ağır prosesin acılarını aradan tək, özü də təcili qaldırmaq mümkün deyil. O səbəbdən qardaş ölkə yardımlara açıq elan olunub. Çünki, dediyimiz kimi, 2 mindın çox dağılan binaların altında canınn xilasını gözləyən xeyli insan var”.

İSBAM sədri əmindir ki, Azərbaycandan qardaş ölkəyə hər cer dəstək və yardımlar olunacaq: “Türkiyədəki vəziyyət Azərbaycan ictimai rəyini dərindən sarsıdıb. Güclü Türkiyənin qısa zamanda bu ağrılara şəfa verəcəyinə inanırıq”.

Fərid,

Check Also

Mətbuat Şurası Vladimir Solovyovun qərəzli mövqeyini pisləyən bəyanat yayıb

“Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı …