Şənbə , 18 May 2024
Drone Cameras

Samir Adıgözəlli:”Xankəndi yox, Naxçıvan blokadadır

“Dünya ictimaiyyəti separatçıların onları aldatdığını bilməlidir”

Erməni separatçıları və onların beynəlxalq aləmdəki havadarları, müəyyən dövlətlərin rəhbərləri hələ də qondarma “blokada” oyunu oynayırlar. 

Məlum olduğu kimi, Laçın yolunda heç bir blokada yoxdur və mülki ermənilər Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə Laçındakı sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər.  Amma buna baxmayaraq, separatçılar və onların “para babaları” qondarma “blokada” yalanı ilə dünyaya səs salmaq istəyirlər. Həm Ermənistan rəhbərliyi, həm də ermənilərə havadarlıq edənlər beynəlxalq ictimaiyyəti belə yalanlarla aldadırlar. Onlar belə rəy yaratmaq istəyirlər ki, guya mülkü ermənilər Laçın sərhəd-buraxılış məntəqəsindən adlayıb Ermənistana gedə bilmir, halbuki belə deyil. 

  • “Azərbaycan dövləti humanistlik edib BQXK-nın müşaiyəti ilə mülki ermənilərin Ermənistana keçməsinə şərait yaradır…”

İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 

separatçılar və onların havadarlarının dünyanı qondarma “blokada” oyunu ilə aldatması səbəbsiz deyil, onlar bununla Azərbaycanla bağlı yanlış rəy formalaşdırmaq istəyirlər.  “Ümumiyyətlə, bu gün Xankəndidə və ətrafda yaşayan mülki ermənilərin Laçın sərhəd-buraxılış məntəqəsindən keçməsi üçün hər hansı bir maneə yoxdur. Onlar sərbəst şəkildə by yoldan istifadə edirlər. Mülki ermənilərə ən böyük problemi  elə separatçı, quldur dəstənin özü yaradır. Özlərini Xankəndidə oyuncaq qurumun “rəhbərləri” sayan separatçılar və Ermənistan hökumətinin içində olan revanşist, separatizmə bağlı qüvvələr öz yalanları ilə mülki ermənilərə problemlər yaradırlar. Separatçıların mülki ermənilərin guya Laçın sərhəd-buraxılış məntəqəsindən istifadə edə bilmədiyini və “blokada”da olduğunu iddia etməsi gülünc görsənir. Mülki ermənilər BQXK-nın nəzarəti altında sərhəd buraxılış məntəqəsindən istifadə edirlər.  BQXK təmsilçiləri də çox yaxşı görürlər ki,” blokada” yoxdur, bu oyunu separatçılar qurublar ki, Azərbaycanı ləkələsinlər.

Bu, erməni separatçılarının növbəti şantaj, ləkəyaxma, şər-böhtan kompaniyasının təzahürüdür,  özlərini yazıq, məzlum göstərib Azərbaycana qara yaxmaq istəyirlər. Əslində, qondarma “blokada” şousu ilə mülki ermənilərin Azərbaycana reinteqrasiyasının qarşısını almaq istəyirlər və dünyada da belə rəy yaratmaq istəyirlər ki, ermənilərlə azərbaycanlılar bir yerdə yaşaya bilməzlər və sair. Bu hamısı uydurmadır, o ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunub normal vətəndaşlar kimi yaşayacaqlar.

Yəni erməni separatçıları aktyorluqda, şoumenlikdə peşəkardırlar. Separatçıların əlində girova çevrilən dinc, mülki ermənilər Azərbaycan vətəndaşlarıdır və dövlətimiz onlara sahib çıxacaq. Hələ ki, separatçılar və xarici qüvvələr mülki ermənilərin beynini qarışdırıb onların reinteqrasiyasını ləngitmək istəyirlər, amma bu uzun sürməyəcək”-deyə S.Adıgözəlli qeyd etdi.

S. Adıgözəlli vurğuladı ki, bu gün Xankəndi yox, Naxçıvan blokadadır. Onun qeyd etdiyinə görə, 30 ildən çoxdur Naxçıvan blokada vəziyyətindədir, hava şəraiti pis olanda günlərlə təyyarə də qalxa bilmir, camaat pərişan olur. “Amma bir dəfə o beynəlxalq təşkilatlardan biri Naxçıvanın blokadada olduğunu dilə gətirməyib.  Halbuki, Naxçıvan əhalisi paytaxt Bakıya və ölkənin digər yerlərinə gedə bilmir. Bu gün Zəngəzur dəhlizinin açılmasına ciddi ehtiyac var ki, Naxçıvan blokadadan çıxsın.

Bu gün “blokada” iddiası irəli sürən separatçılar və onların havadarları bir məqamı unudurlar ki, Azərbaycan dövlətinin bütün ölkələrlə quru sərhədi bağlı olduğu halda, yalnız Ermənistanla açıqdır. Azərbaycan dövləti humanistlik edib BQXK-nın müşaiyəti ilə mülki ermənilərin Ermənistana keçməsinə şərait yaradır, əvəzində isə separatçıların şər-böhtanı ilə üzləşir.

Quru sərhədlərimiz bağlı olduğu halda ermənilərə şərait yaradılıb ki, quru sərhəddi keçib Ermənistana getsinlər. Bir məsələni dünya ictimaiyyətinə qəbul etdirmək lazımdır ki, bura Azərbaycan ərazisidir, o mülki şəxslər Azərbaycan vətəndaşıdır, onlar Azərbaycanı sevmirlırsə, gedib Ermənistanda yaşaya bilərlər. Yox, əgər bunu istəmirlərsə, Azərbaycan Respublikasının qanunları çərçivəsində, Azərbaycan vətəndaşlarının tanınan hüquqları əsasında yaşamalıdırlar. Bunu ermənilər qəbul etməlidir. Azərbaycan dövlətinin hərtərəfli humanist jestləri dəyərləndirilməlidir. Baxmayaraq ki, separatçılar Azərbaycan dövlətinə qarşı təxribatlar törədirlər, amma yenə də dövlətimiz mülki ermənilərə şərait yaradır. Dünya ictimaiyyəti separatçıların onları aldatdığını bilməlidir”-deyə S.Adıgözəlli bildirdi.

Leyla QARAXANLI 

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …