Cümə , 30 Yanvar 2026
Drone Cameras

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir.

Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib.

O bildirib ki, ümumilikdə Azərbaycanda 74 % evlərin genişzolaqlı fiberoptik internetə çıxışı mövcuddur: “Azərbaycanda transformasiya üçün etibarlı infrastruktur qurulmalıdır. Bu istiqamətdə də işlər görülür və düşünürəm ki, birgə fəaliyyət nəticəsində daha müsbət nəticələr əldə ediləcək”.

Check Also

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat …