Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Samir Şərifov: “Koronavirus böhran yönümlü təhlükələrin yaranmasına səbəb olub”

“Koronavirus pandemiyası böhran yönümlü təhlükələrin yaranması ilə nəticələnib. Əsas böhranlardan biri istehlak səbəbinin azalmasıdır”.

Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.

Bununla belə, onun sözlərinə görə, bu ilin 6 ayının yekununda Azərbaycanın dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub: “Büdcədə 292 milyon manat profisit yaranıb. Büdcə xərcləri 107 milyon manat artıq icra edilib, icra prosesində hər hansı geriləmə olmayıb”.

Nazir həmçinin deyib ki, aprel ayından başlayaraq ölkənin ümumi daxili məhsulu (ÜDM) azalmağa başlayıb: “Gözlənilən odur ki, azalma göstəricisi bir qədər də artacaq”.

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …