Cümə , 22 Noyabr 2024
Drone Cameras

Sankt-peterburq şəhərində”Xocalı soyqırımı”na həsr olunmuş törən…

Dünən ilin ən qısa ayının unudulmaz uzun gecəsinin 28-ci ili tamam oldu…


Əsrin ən böyük soyqırımlarından olan Xocalı faciəsi damarında azərbaycanlı qanı axan hər bir insanın qəlbində sağalmaz yaradır. İllər keçir, lakin Xocalı faciəsinin acı yaraları sağalmır və sağalmayacaq…
Hər il olduğu kimi bu il də azərbaycanlıların sıx yaşadığı Rusiyanın Sankt-Peterburq şəhərində qanlı 26 fevral günü yad olundu.
Sankt-Peterburq şəhərində azərbaycanlıların hörmətini qazanmış ağsaqqal, iş adamı Əli Salmanovun təşkilatçılığı ilə Xocalı faciəsinin qurbanlarının anım mırasimi keçirildi. Mərasimi Əli müəllim açdl, faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Sonra Hacı Əli tərəfində faciə qurbanlarının ruhuna dualar, fatihə oxundu. Qarabağ müharubəsinjn birbaşa iştirakçısı Ramiz Məmmıdov mərasim iştirakçıları ilə müharibə xatirələrini bölüşdü. Sankt-Peterburqda uzun illərdir yaşayan və hamının Baba dayı kimi tanıdığı Baba müəllim də öz növbəsində müharibə xatirələrini bölüşdü. Keçmiş hərbçi Rəşad Həsənov Xocalı faciəsinin unudulmaması üçün təkliflər irəli sürdü. İş adamı Rasim Əliyev, şimal paytaxtında tanınmış müğənni Leyla Əliyeva, Rəşad müəllim faciə haqqında öz fikirlərini söylədilər. Sankt-Peterburq şəhərində yaşayan Ülviyyə Abbasova çıxış edərək xalqın başına gətirulən faciələri unutmamaq, övladlarımızı vətənpərvərlik ruhunda böyütməyin vacib olduğunu vurğuladı. Mərasimin sonunda ağsaqqal Əli müəllim çıxış edərək Azərbaycan xalqının başına gətirilən faciələrin unutmamaq, xalqımızın tarixini, mədəniyyətini gənc nəslə ötürülməsi ilə bağlı tövsiyələrini verdi.

Sankt-peterburqdan

Fizuli Cavadzadə

Ülviyyə Cavid

Sədail Həbibov

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …