Bazar , 19 Yanvar 2025
Drone Cameras

Şarl de Qolun qardaşı nəvəsi Parisdə Azərbaycan stendini ziyarət edib

Azərbaycan Parisdə, UNESCO-nun igamətgahında keçirilən Beynəlxalq Çay Günündə təmsil olunub.

Boyukmillet.com xəbər verir ki, ilk dəfə baş tutan tədbirdə ölkəni Fransa-Azərbaycan Dialoqu Assosiasiyası və Toğrul Nərimanbəyov Assosiasiyası təmsil edib.

Stenddə Azərbaycan çayı, çay məhsulları, ölkəyə həsr olunmuş kitablar nümayiş olunub, iştirakçılar armudu stəkanda çaya qonaq olublar, onlara Azərbaycan, adət-ənənələr haqqında məlumat verilib.

Eyni zamanda Azərbaycan stendini müxtəlif ölkələrin səfirləri, diplomatlar, jurnalistlər və digər şəxslər ziyarət ediblər. Onların arasında Fransanın keçmiş prezidenti Şarl de Qolun qardaşı nəvəsi, fotoqraf Grequar de Qol da olub.

Check Also

Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının erməni musiqisi kimi təqdimatının qarşısı alınıb

Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının (“Töhfə”, “Getmə amandır”, “Yavaş-yavaş” və …