Bazar , 22 Dekabr 2024
Drone Cameras

“Şeiri oyun-oyuncağa çevirmək heç kəsə şöhrət gətirməz”

Xalq şairi Sabir Rüstəmxanlı ARB telekanalında yayımlanacaq “Xalqın şairi” verilişinə, həmçinin münsif kürsüsündə həmişə yazdığı şeirlərlə qalmaqala səbəb olan Elza Seyidcahanın iştirakına münasibət bildirib.

Boyukmillet.com xəbər verir ki, o, “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, neçə illərdir ki, Azərbaycan ziyalısını gözdən salmaq kampaniyası gedir: “Şeir, sənətkar adına meyxanaçılar təqdim olunur. Bundan əlavə, yerindən duran Azərbaycanın xalq, əməkdar artisti olur. Hansı yolla olur, bunlara kim qiymət verir, bu seçimi kim edir, Mədəniyyət Nazirliyində bu işlərlə kimlər məğuldur və.s mən bunu ayırd edə bilmirəm. İndi də qoy eləsinlər “Xalqın şairi” müsabiqəsini. Xalqın şairini yəqin ki, sözün, ədəbiyyatın, dəyərini bilən, o sahədə peşakar olan adamlar verməlidirlər. Yoxsa televiziyaların indiki kadr səviyyəsi nəzərə alınsa, onlar heç vaxt bunu müəyyən edə bilməzlər. Cəmiyyətdə yenidən çaşqınlıq yaratmaq niyyətindədirlər”.

Xalq şairi müsabiqədə Elza Seyidcahanın da iştirak etməsindən danışıb. O vurğulayıb ki, Elza Seyidcahan yaxşı müğənnidir, yaxşı adamdır: “Onun xətrini istəyirik. Amma şeir zarafat deyil də. Gərək şeirə bir az ciddi yanaşasan. Elza xanım mahnı sözləri yaza bilər, mən bunu bilirəm. Amma mən hər mahnı sözünü şeir hesab eləmirəm axı. Mahnı sözü ayrıdır. O da şeirin, ədəbiyatın bir növüdür. Amma ciddi poeziyanın ölçüləri, tələbləri tamam ayrıdır. Birdən fikirlərşirsən ki, bu ədəbiyyatın Nəsimi, Füzuli, Xəqani, Nizami, Xətai, Vaqif, Zakir, Sabir, Səməd Vurğun, Bəxtiyar Vahabzadə kimi zirvələri var. Bunların yanında şeir qoşmaq o qədər də asan deyil. Buna necə cəsarət edirlər, mən bunu fikirləşirəm. Bazarda balla şorun qiyməti qarışıq düşüb. Hər şeyi lağ, zarafat mövzusuna çevirmək olmaz”.

S. Rüstəmxanlı “sizə münsif heyətində çıxış etmək üçün təklif gəlsəydi, bunu necə dəyərləndirərdiniz” sualına da cavab verib.

O bildirib ki, münsiflər heyətində çıxış etməyə vaxtı yoxdur: “Elə bir niyyətim də yoxdur. Xalq şairi adı verildi verilmədi kimin xalqın şairi olduğunu hamı yaxşı bilir. Azərbaycanda bu barmaqla sayılacaq qədərdir. Bunun bir televiziya seçiminə ehtiyacı yoxdur. Hər şeyi şouya çevirməklə özlərini qınaq hədəfinə çevirirlər. Şeiri oyun-oyuncağa çevirmək heç kəsə şöhrət gətirməz. Bunlar el ədəbiyyatı ilə məşğul olmaq istəyirlərsə, gedib məşğul ola bilərlər. Ciddi aşıq poeziyası elə Mirzə Ələkbər Sabirin, Səməd Vurğunun səviyyəsidir. Azərbaycan ədəbiyyatında da ciddi poeziyanın konturları bəllidir. Onun kənarında nə edəcəklərsə, bu bizim ədəbiyyata hörmətsizlik olacaq”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir