Ermənistanla Azərbaycan arasında ticarət münasibətlərində gözlənilməz canlanma ehtimalı ortaya çıxıb. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan yaxın vaxtlarda Ermənistan məhsullarının Azərbaycan bazarına ixracının mümkün olduğunu açıqlayıb.
Boyukmillet.com xəbər verir ki, Papoyan bildirib ki, gələcəkdə təkcə Azərbaycandan Ermənistana idxal yox, eyni zamanda Ermənistandan Azərbaycana ixrac da baş verə bilər. Onun sözlərinə görə, bu variant hazırda real görünür və prosesin reallaşması üçün texniki maneələr aradan qalxmaqdadır.
Nazir qeyd edib ki, tranzit məsələsində “Gürcüstan dəmir yolları” şirkəti tərəfindən kifayət qədər rəqabətli qiymətlər təklif olunub. Papoyanın fikrincə, yaxın vaxtlarda həm gürcü, həm də Azərbaycan tərəfi növbəti “uğurlu razılaşma” barədə rəsmi açıqlama verə bilər.
Ermənistan iqtisadiyyat nazirinin sözlərinə görə, mümkün ixrac siyahısına alüminium və alüminium folqa, meyvə-tərəvəz məhsulları, bəzi içki növləri, eləcə də müxtəlif tekstil məmulatları daxil ola bilər.
Ermənistanla Azərbaycan arasında ticarət münasibətlərində gözlənilməz canlanma ehtimalı ortaya çıxıb. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan yaxın vaxtlarda Ermənistan məhsullarının Azərbaycan bazarına ixracının mümkün olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, Papoyan bildirib ki, gələcəkdə təkcə Azərbaycandan Ermənistana idxal yox, eyni zamanda Ermənistandan Azərbaycana ixrac da baş verə bilər. Onun sözlərinə görə, bu variant hazırda real görünür və prosesin reallaşması üçün texniki maneələr aradan qalxmaqdadır.
Nazir qeyd edib ki, tranzit məsələsində “Gürcüstan dəmir yolları” şirkəti tərəfindən kifayət qədər rəqabətli qiymətlər təklif olunub. Papoyanın fikrincə, yaxın vaxtlarda həm gürcü, həm də Azərbaycan tərəfi növbəti “uğurlu razılaşma” barədə rəsmi açıqlama verə bilər.
Ermənistan iqtisadiyyat nazirinin sözlərinə görə, mümkün ixrac siyahısına alüminium və alüminium folqa, meyvə-tərəvəz məhsulları, bəzi içki növləri, eləcə də müxtəlif tekstil məmulatları daxil ola bilər.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
