Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Sergey Lavrov: “Ermənistan vasitəsilə Cənubi Qafqazda NATO maraqlarının təşviqinə cəhdlər edilir”

“Rusiya Cənubi Qafqazda NATO maraqlarının Ermənistan vasitəsilə təşviqinə cəhdlər görür”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları üzrə jurnalistlərə açıqlamasında deyib.

“Anti-Rusiya əhvali-ruhiyyəsinin qızışdırılmasına gəlincə, bu, müəyyən dərəcədə süni şəkildə həyata keçirilir. Ermənistanda son illər yaradılan qeyri-hökumət təşkilatlarının sayından xəbərimiz var. Bunların sayı əvvəllər də çox idi. Əlbəttə ki, bu təşkilatlar Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə yaradılmayıb. Onlar anti-Rusiya əhvali-ruhiyyəsi üçün zəmin yaratmaq və ilk növbədə ABŞ-ın, Avropa İttifaqının, NATO ölkələrinin Ermənistan vasitəsilə bu regionda maraqların təşviqinə hazır görmək məqsədi daşıyır. Biz bu cəhdləri görürük. Onlar bu yolla müəyyən nəticələr də əldə edirlər”, – o vurğulayıb.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …