Cümə , 20 Sentyabr 2024
Drone Cameras

Silahlı qruplar bir ay ərzində Tripolini tərk edəcək

Liviyanın silahlı qrupları bir ay ərzində paytaxt Tripolini tərk edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökumətinin (MBH) Daxili İşlər Nazirliyinin rəhbəri İmad Trabelsi bildirib.

“Silahlı qruplar bir ay ərzində Tripolini tərk edərək kazarmalarına qayıdacaqlar. Qrup liderləri təhlükəsizlik planını və qüvvələrin paytaxtdan çıxarılmasını alqışlayıblar”, – o deyib.

DİN rəhbəri vurğulayıb ki, hökumət mart ayında toqquşmaların baş verdiyi Tunislə sərhəddəki Ras Jdir sərhəd-keçid məntəqəsinin təhlükəsizliyinin təmin edilməsi problemi ilə məşğul olduğu üçün geri çəkilməni ləngidib.

Qeyd edək ki, hazırda Liviyada bir-birini tanımayan iki hökumət var. Abdelhamid Dbeybanın rəhbərlik etdiyi hökumət BMT tərəfindən dəstəklənir və o, Tripolidə fəaliyyət göstərir. Nümayəndələr Palatasının səlahiyyətlərinə malik olan ikinci hökumət isə Benqazidə yerləşir. Son bir neçə ildə ölkənin qərbindəki hakimiyyətlə şərqindəki hakimiyyət arasında qarşıdurma olub və bu qarşıdurmalarda silahlı qruplar da iştirak edib.

Check Also

KİV: COVID-in yeni versiyası dünyada sürətlə yayılır

COVID-in yeni versiyası dünyada sürətlə yayılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat …