Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Sima Babayeva: 85 yaşlı anamıza dəstək olaq

Boyukmillet.com-un redaktoru Sima Babayeva öz facebook hesabında 85 yaşlı qadını aldadaraq evini əlindən alan şəxs haqqında paylaşım edib.

Həmin paylaşımı sizlərə təqdim edirik:

Fırıldaqçıların, zalımların ölkədə yoxa çıxacaqlarına, tükənəcəklərinə heç vaxt inanmamışam. Belə tipli insanlar hər yerdə var, yəqin ki, olacaqlar. Şəkildə gördüyünüz bu qadın belə fırıldaqçılardan biridir. Adı Könül Həsənovadır. Deməli bu qadınların üz qarası əvvəllər müəllimə işləyib. Görünür ki, o şərəfə layiq olmadığı üçün fırıldaqçılığa keçib. Onun çox macaraları var.

Mən onlardan biri barəsində ürək ağrısı ilə söz salmaq istəyirəm. Hansı ki, halhazırda istintak gedir. Adı çəkilən qadın 85 yaşında bir qadını aldadaraq evini əlindən alıb. Onu küçəyə atıb. Bəyimxanım Məlikovanın sözlərinə görə iş istintakda olsa da, hələlik ədaləti bərpa etmək mümkün olmayıb.

Aldığımız məlumata bildirilib ki, bu kimi işlərə görə altı dəfə istintaqa cəlb olunmuş Könül Həsənovanın bacısı Abşeron rayonunda yerləşən Qobu 3saylı məktəbin direktoru Xuraman müəllimədir. Onun köməyi ilə hələlik məsüliyyətdən yayına bilir. Nəticədə 85 yaşlı qadın kücələrdə qalmalı olub. Hüquq mühafizə orqanlarını bu işdə obyektiv olmağa çağırırıq.

85YAŞLI BƏYİMXANIM ANAYA DƏSTƏK OLAQ.

Sima Babayeva

Check Also

Ədliyə Nazirliyinin qarşısında etiraz aksiyası

20 yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması ictimai birliyi, bu gün Ədliyə Nazirliyinin qarşısında, etiraz …