Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Şimali Koreya Cənubi Koreyanın xəbərdarlıq atəşinə raketlərlə cavab verib

Koreya Xalq Demokratik Respublikası Cənubi Koreyadan gələn xəbərdarlıq atəşinə cavab olaraq reaktiv yaylım atəş sistemindən 10 raket atıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Koreya Xalq Ordusunun Baş Qərargahına istinadən məlumat yayıb.“Koreya Xalq Ordusunun Baş Qərargahı düşmən gəmisini geri çəkilməyə məcbur etmək üçün reaktiv yaylım atəş sistemindən 10 raket atılması əmri verib” – məlumatda deyilir.Qeyd edək ki, Şimali Koreya gəmisinin Sarı dənizdə iki ölkə arasındakı sərhəd xəttini keçməsindən sonra Cənubi Koreya ordusu bir neçə xəbərdarlıq atəşi açıb.

Check Also

ABŞ hərbi bazalarını avtonom fəaliyyətə hazırlayır

ABŞ Müdafiə Nazirliyi ölkə ərazisindəki hərbi bazaları mümkün böyük münaqişə şəraitində ən azı 90 gün …