Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Şirvan şəhərinin abonentlərinin müraciətlərini RQİİ-nin rəhbər şəxsləri qeydiyyata aldılar

SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası bu dəfə Şirvan şəhərində keçirilib.

Boyukmillet.com xəbər verir ki, ənənəyə uyğun olaraq Salyan RQİİ-nin rəisi Azər Musayev çıxış edərək tədbiri açıq elan edib. A. Musayev abonentlərin müraciətləri sayəsində qaz təchizatındakı problemləri aşkara çıxarmağın daha asan olduğunu bildirib. Bu məqsədlə mikrofonu aksiya iştirakçılarının ixtiyarına verib. Natəvan Əliyeva fərdi yaşayış evinin önündə qapı keçidinin quraşdırılmasını xahiş edib.

Şəhərin 140 mənzilli bina sakinləri adından çıxış edən Yaqub Alışov qaz xətlərinin yenisi ilə əvəzlənməsini istəyib. Ünvanlanan 7 müraciətdən 2-si isə qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub. Hər bir müraciət aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.

Check Also

Gənc istedadlara xüsusi təqaüd veriləcək – 61 min manat ayrıldı

Gənc istedadlara xüsusi təqaüdlər verilib.  Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam …