Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Şirvan sakinindən “TT” markalı tapança müsadirə edilib

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Boyukmillet.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 19 ilə yaxın məhkumluq həyatı yaşayan Zaur Paşayev saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı 1 ədəd atəşə yararlı “TT” markalı tapança, həmin silaha aid daraq və 4 ədəd patron aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı şəhər ərazisində nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Samir Gözəlov da saxlanılıb. Onun qaçırdığı avtomobilə keçirilən baxış zamanı isə sonuncunun başqa bir avtomobildən oğurladığı 1 ədəd akkumulyator və səs gücləndirici sistemi aşkarlanaraq götürülüb.

Polis əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı isə şəhər sakinləri, əvvəllər də eyni əməllərə görə məhkum olunmuş Vüsal Əhmədov və Ramin Hacıyev saxlanılıblar.

Həmin şəxslərdən müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edilən bütün faktlarla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam etdirilir.

Check Also

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Boyukmillet.com xəbər …