Şənbə , 20 İyun 2026
Drone Cameras

Əməkdar jurnalist vəfat edib

Əməkdar jurnalist Rəhman Orxan vəfat edib.

“Report”un Sumqayıt bürosu məlumat verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkə hesabında paylaşım ediblər.

Jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, Əməkdar jurnalisti fəxri adına layiq görülüb.

Rəhman Orxan Şəki rayonu Sarıca kəndində dəfn olunacaq.

Check Also

Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir

Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə …