Şənbə , 20 Aprel 2024
Drone Cameras

Siyəzəndəki Mərkəzi Xəstəxana niyə keçmiş hərbçi ilə şəhid qardaşı arasında “razborka” məkanına çevrilib? – Video

Siyəzən rayonundan olan şəhid qardaşı Şirinov Tərlan Fərhad oğlu ilə, həmin rayonun sakini keçmiş hərbçi zabit Tağıyev Tural arasında yaşanan qalmaqal uzun müddətdir ki, öz həllini tapmır. Qeyd edək ki, Tağıyev Tural ordudan tərxis olunandan sonra Siyəzən rayon Mərkəzi Xəstəxanasında ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi kimi fəaliyyətini davam etdirib.

Şirinov Tərlan iddia edir ki, o, xəstəxanaya müraciət edən zamam yaranan mübahisə zəmnində Tağıyev Tural tərəfindən döyülüb və bunun nəticəsində ona ciddi bədən xəsarəti dəyib. Şikayətçi deyir ki, bu yöndə etdiyi şikayətlər lazımınca araşdırılmır.


Tağıyev Tural isə Azinforum.az-a açıqlamasında bildirdi ki, Şirinov Tərlan və onun ailəsi ilə şəxsi arasında uzun müddətə təsadüf edən qarşıdurma var. Keçmiş hərbçi deyir ki, buna görə də Şirinovlar ailəsi qisas almaq üçün, onun ünvanına şər atır.

Sözügedən xəstəxananın baş həkimi Dadaş Hümbətov isə Azinforum.az-a açıqlamasında bildirdi ki, Tağıyev Tural adlı adam artıq onun rəhbərlik etdiyi tibb ocağında işləmir.

Azinforum.az Siyəzəndə baş verən bu kuryoz hadisəni ətraflı araşdırıb.

Həmin videoreportajı təqdim edirik.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …