Oğurlanan 1,5 milyonluq saat qalmaqalı ilə bağlı tanınmış blogger Sənan Nəcəfov facebookda maraqlı status paylaşıb.
boyukmillet.com həmin status təqdim edir. ( Bir daha aydınlıq gətirək) İspaniyanın İbiça (İbiza) şəhərində dostu ilə birlikdə gəzintidə olarkən qolundan 1,5 milyonluq saatı oğurlanan 61 yaşlı milyarder, Rusiyanın “Nortqaz” şirkətinin prezidenti Fərhad Əhmədovun 21 yaşlı oğlu olub. Bu məqamdan istifadə edən neqativ rəy formalaşdıran yalan laboratoriyalarının siçovulları dərhal söhbəti əsas günahkar olan “Azərbaycanlı məmur” obrazının üstünə yıxıblar. Bu dəfə Azərbaycan Avtomobil Yolları Dövlət (AAYDA) Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun oğluna şər atıldı. Agentlik isə açıqlama verdi ki, Sübhan Məmmədli İspaniyanın İbiza şəhərində olmayıb, Londondakı King’s College-də təhsil almayıb. Bu məlumatları asanlıqla dəqiqləşdirmək mümkündür. Məsələni qəlizləşdirən isə 1,5 milyonluq saatı oğurlanan gəncin İspaniya Polisinə adının hallanmasını qadağan etməsi tələbi olub. Bu xırda detal isə yalan texnoloqlarının diqqətindən qaçmayıb və dərhal hərəkətə keçiblər. Növbəti yalan informasiyanı təkzib edən növbəti ifşa. Siz yalan uydurmağınızda olun, biz də ifşa etməkdə.