Bazar , 11 Yanvar 2026
Drone Cameras

ŞKTR Prezidenti: Türkiyənin adadakı hərbi varlığı qırmızı xəttimizdir

Türkiyənin Kipr adasındakı hərbi varlığı qırmızı xəttimizdir.

Boyukmillet.com xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş katibi Antoniu Quterreş və Kipr Prezidenti Nikos Xristodulidis ilə görüşdükdən sonra Şimali Kipr Türk Respublikasına (ŞKTR) qayıdan ölkə başçısı Ersin Tatar hava limanında keçirdiyi mətbuat konfransında deyib.

E.Tatar bildirib ki, Kipr adasında problem yalnız “iki dövlət” prinsipi ilə həll oluna bilər. Tatarın sözlərinə görə, Quterreş və Xristodulidis ilə görüşlərində cənub və şimal dövlətlərinin əməkdaşlıq məsələsini gündəmə gətirsə də, yunan tərəfi buna isti yanaşmayıb:

“Biz embarqoların aradan qaldırılmasını gözləyirik, lakin əksi olur, üstəgəl, qarşı tərəf təcavüzkar davranışlar sərgiləməyə davam edir”.

ŞKTR Prezidenti həmçinin Xristodulidisin özünün gərgin olduğuna dair iddialarını yalanlayıb.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …