Cümə , 19 Aprel 2024
Drone Cameras

Slovakiya 3 rus diplomatını ölkədən qovdu -“Cavabımız gecikməyəcək”

Slovakiya Çexiya ilə həmrəylik çərçivəsində 3 rus diplomatı ölkədən qovmağa qərar verib.

Boyukmillet.com xəbər verir ki, bunu Slovakiya baş naziri Eduard Heger keçirdiyi mətbuat konfransında açıqlayıb.

Heger, Slovakiyanın Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə tərəfdar olduğunu, lakin rus diplomatların beynəlxalq konvensiyaları pozduğunu bildirib.

“3 rus diplomatı deportasiya etməzdən öncə, Slovakiya kəşfiyyatının bizə verdiyi məlumatları diqqətlə incələdik. Verilən məlumatların doğru olduğu qənaətindəyik”, deyə Heger qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Slovakiyanın 3 rus diplomatı deportasiya etmək qərarına cavab verəcəklərini deyib: “Slovakiyanın uydurma bir mövzuda Praqa ilə həmrəy olduğunu göstərməyə çalışmasında çox məyus olduq. Cavabımız gecikməyəcək”.

Qeyd edək ki, aprelin 17-də Çexiya 18 rus diplomatın ölkədən çıxarılması haqda qərar verib. Buna cavab olaraq Rusiya 20 çex diplomatı ölkədən deportasiya edib.

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …