Cümə , 27 Mart 2026
Drone Cameras

Slovakiya parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar iyunun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolları Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …