Cümə , 20 Sentyabr 2024
Drone Cameras

SOCAR prezidenti Türkmənistanda keçiriləcək konfransda iştirak edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) oktyabrın 23-də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək “Türkmənistanın nefti və qazı – 2024” (OGT-2024) beynəlxalq konfrans və sərgisində iştirak edəcək.

“Report”un Türkmənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu konfrans və sərgidə şirkəti SOCAR prezidenti Rövşən Nəcəf təmsil edəcək. R.Nəcəfin forum çərçivəsində çıxışı nəzərdə tutulub.

Bildirilib ki, “Türkmənistanın nefti və qazı – 2024”-də həmçinin 20 ölkədən 100-dən çox nümayəndə heyəti iştirakını təsdiqləyib.

Beynəlxalq konfrans və sərgidə tanınmış enerji şirkətlərinin rəsmiləri və nümayəndələri iştirak edəcəklər. Həmçinin,

Qeyd edək ki, OGT-2024 beynəlxalq forumu oktyabrın 25-dək davam edəcək. BMT, ATƏT, Asiya İnkişaf Bankı və digər beynəlxalq strukturların nümayəndələri iştirak edəcəklərini elan ediblər. Konfrans enerji sektorunda beynəlxalq əməkdaşlığı gücləndirəcək və Türkmənistanın investisiya potensialını genişləndirəcək.

Check Also

Energetika Nazirliyi COP29 gündəliyinə daxil edilən enerji təşəbbüslərini açıqlayıb

Azərbaycanın Energetika Nazirliyi tərəfdaşlarla birlikdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına …