Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Şolts və Bayden: “Rusiyanın Ukraynaya qarşı növbəti təcavüz riski qalır”

Almaniya kansleri Olaf Şolts və ABŞ Prezidenti Cozef Bayden çərşənbə günü telefon danışığında Ukrayna ətrafında vəziyyətin ciddi olaraq qaldığını, Rusiya qoşunlarının Ukrayna sərhədlərindən əhəmiyyətli dərəcədə çıxarılmadığını qeyd ediblər.

Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi jurnalistlərə bildirib.

“Federal kansler Olaf Şolts bu axşam ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığında Ukrayna və ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb. Hər iki lider yekdilliklə bildiriblər ki, Rusiya qoşunlarının Ukrayna ilə həmsərhəd ərazilərdə geniş miqyaslı toplanması ilə əlaqədar regionda yaranan vəziyyət son dərəcə ciddi kimi qiymətləndirilməlidir. Rusiyanın Ukraynaya qarşı növbəti hərbi təcavüz riski qalır, həddindən artıq sayıqlıq lazımdır, Rusiya qoşunlarının əhəmiyyətli dərəcədə çıxarılması hələ müşahidə edilməyib”, – Nazirlər Kabinetinin nümayəndəsi bildirib.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şults ABŞ Prezidenti Cozef Bayden ilə telefon danışığında Kiyev və Moskvaya səfərlərini müzakirə edib.

Şolts və Bayden danışıq zamanı Moskvanın Ukrayna ətrafındakı vəziyyətdə diplomatik səylərə hazır olması ilə bağlı bəyanatlarını alqışlayıblar.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …