Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Somalidə Türkiyə şirkətinə hücum olub: 4 nəfər ölüb, 4 nəfər yaralanıb

Somalidə Türkiyə şirkətinə edilən terror hücumu nəticəsində biri türk olmaqla 4 nəfər ölüb. Türkiyənin daha 4 vətəndaşı yaralanıb.

Boyukmillet.com “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamaya əsasən, terror hücumu Somalinin Moqadiş-Afqoye avtomobil yolunun tikintisi ilə məşğul olan Türkiyə şirkətinə qarşı törədilib:

“Türkiyə şirkətində işləyənləri hədəfə alan bu mənfur hücumu kəskin şəkildə qınayırıq. Yaralananlara şəfa diləyirik. Dost və qardaş Somali hökuməti ilə xalqının yanında olduğumuzu bir daha vurğulayırıq”.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …