Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

SON DƏQİQƏ: Azərbaycan hərbçiləri Göyçə mahalında daha bir yüksəkliyi ələ keçirdi

Azərbaycan hərbçiləri Ermənistanla təmas xəttində, Göyçə mahalının (Geqarkunik)  Zərkəndi ( Kut) istiqamətində daha bir yüksəkliyi ələ keçirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın hərbi-analitik portalı məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videoda hündürlüyün yeri müəyyənləşdirilib. Zərkəndindən (Kut) təqribən 6 km şimal-şərqdə yerləşir.

Burada təmas xətti dağların zirvələri boyunca uzanır.

Nəşr qeyd edir ki, Ermənistan Silahlı Qüvvələri azərbaycanlıları qabaqlaya və bu yüksəkliyi özləri ələ keçirə bilərdilər.

Razm.info portalına istinadən xatırladırıq ki, həmin yüksəklik Azərbaycanın suveren ərazisində yerləşir və hərbçilərimiz erməni kəndçilərin dedikləri kimi öz torpaqlarına qayıdıblar. 

Check Also

“Ramiz Mehdiyev işi” çərçivəsində iki sabiq nazirin əmlakı müsadirə oluna bilər – ŞOK ADLAR

2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət …