Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

SON DƏQİQƏ! Əhaliyə XƏBƏRDARLIQ: iyunun 24-25-də…

İyunun 24-25-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Boyukmillet.ccom xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti ilə xəbərdarlığında deyilir.

Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Check Also

Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib. Boyukmillet.com-un xəbərinə görə, fətvada qeyd olunub …