Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

SON DƏQİQƏ: İrandakı səfirliyimiz təxliyə olunur

Naxçıvana hücumla bağlı dövlət başçısı müvafiq tapşırıqlar verib, diplomatik addımlar da atılıb.

Boyukmillet.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir təhlükəsizlik tədbirləri barədə danışarkən qeyd edib ki, hərbi hazırlıq yüksək səviyyəyə gətirilib:

“Əlavə təhlükəsizlik tədbirləri ilə bağlı deyə bilərəm ki, Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki konsulluğunun təxliyəsi ilə bağlı tapşırıq verilib. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tapşırıqlar veriləcək. Yaxın Şərqdə eskalasiyanın başlaması ilə bağlı fərqli risk faktorları yaranıb. XİN gücləndirilmiş rejimdə çalışır”.

Check Also

Hörmüz böhranı ərzaq təhlükəsizliyini təhdid edir

“Dünyanın ən vacib dəniz nəqliyyatı məntəqələrindən biri olan Hörmüz boğazından qlobal dəniz yolu ilə daşınan …