Cümə , 25 Aprel 2025
Drone Cameras

Sorğu: Baydenin dövründə amerikalıların 44%-nin maliyyə vəziyyəti pisləşib

ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin reytinqi son vaxtlar 19% aşağı düşüb.

Boyukmillet.com xəbər verir ki, bunu “ABC News” və “The Washington Post”un keçirdiyi sorğunun nəticələri sübut edir.

Araşdırma göstərib ki, Bayden dövlət başçısı seçildikdən sonra ABŞ sakinlərinin 44%-nin maliyyə vəziyyəti pisləşib. Eyni zamanda, respondentlərin yalnız 37%-i Ağ Ev sahibinin fəaliyyətini bəyəndiyini bildirib. Materialda deyilir ki, insanların yarıdan çoxu – 56% əks fikirdədir.

Bayden administrasiyasının yürütdüyü iqtisadi siyasət amerikalıların yalnız 30%-nə uyğun gəlir. Prezidentin meksikalı miqrantlarla problemin həllinə yönəlmiş hərəkətlərini respondentlərin cəmi 23%-i bəyənib.

Bundan başqa, vətəndaşların 74%-i hazırkı dövlət başçısının qarşıdan gələn seçkilərdə iştirakını istəmir. Onların fikrincə, Bayden ikinci prezidentlik müddətinə namizəd olmaq üçün çox qocalıb.

Sorğuda ümumilikdə 1 006 ABŞ vətəndaşı iştirak edib. Tədqiqat 15-20 sentyabr tarixləri arasında aparılıb və anketlər ingilis və ispan dillərində doldurulub.

Check Also

Məhkəmədə Ermənistanın Şuşanı işğal etməsinə qədər baş vermiş hadisələrə dair sənədlər tədqiq olunub

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşanın işğal olunmasına qədər baş vermiş …