Bazar , 28 Aprel 2024
Drone Cameras

Stilist-bərbər: Сiddi verilişə sən sport geyinə bilməzsən!-MÜSAHİBƏ

İnsanın xarici görünüşündə ən həssas və diqqət tələb edən saçdır. Baxımlı və mütəmadi qulluq edilən saçlar insanın gözəlliyinə xüsusi rəng qatsa da, baxımsız saçlar da bir o qədər pis görüntü yaradır. Saç tökülməsi və erkən yaşda keçəlləşmə isə bəylərin ciddi problemidir. Buna görə insanlar saçlarına xüsusi qulluq edir. Bir çox hallarda isə onlar peşəkarlara müraciət edirlər. Belə peşəkarlardan biri də stilst-bərbər İlkin Əhmədoğludur.

Boyukmillet.com stilist-bərbər İlkin Əhmədoğlu ilə müsahibəni təqdim edir:

Salam İlkin bəy.

Salam, hər vaxtınız xeyir.

İlkin bəy, stilist -bərbər olaraq, 20 ildən çoxdur ki, bu sahədə çalışırsınız. Bu illər ərzində hansı məşhurlarla çalışmısız? 

Bəli, 20 ildir fəaliyyət ki, göstərirəm. Bu illər ərzində, bir çox məşhur aparıcılarla, məmurlarla, müğənnillərlə, bir sözlə tanınmış bir çox insanlarla işləmişəm.

Sizin sahənin hansı çətinlikləri var? Məsələn anidən işiq sönərsə, bərbər müştərini yola salmaq üçün nə etməlidir?

Əvvəllər, yəni 15-20 il bundan öncə saç düzəltmək üçün istifadə olunan  avadanlıqlar naqilli idi.  İşıq sönəndə bərbər məcburən qayçı, daraq və ya başqa alternativ vasitələrlə məsələni çözməli olurdu. Amma günümüzə qədər bir çox avadanlıqlar yeniləndi, bərbər ləvazimatları da indi daha əlverişlidir. İndiki saçqırxan maşınlar demək olar ki, naqilsizdir, daxili batareya ilə təhciz olduqları üçün, artıq bir başa cərayansız çalışmaqdadırlar.  Odur ki, hal hazırda işimiz bir başa cərəyandan asılı deyil.

Zərərsizliyi baxımından, saç boyası olaraq, hansılara üstünlük verirsiz?

İstənilən saç boyasının özünün xatakteristikası var . İlk onunla tanış olmaq lazımdır. Bir də ki, saç boyası saça çəkilən saniyədən etibarən,  artıq onun vaxtı  başlayır. Yəni ümumillikdə saç boyası başa çəkilməsi ilə birgə, saçda çox yox,  40-50 dəqiqə qalmalıdır. 

Paylaşımlarınızın birində, keratinlə bağlı belə bir fikir qeyd etmişdiz ki, kəskin və insanın huşunu aparan qoxusu var.  Buna şahid olduğum üçün,  istifadə etmirəm”.  İndi necə istifadə edirsizmi?

Əvvəllər keratinlər  hələ təzə-təzə istehsal olunduğundan,  onların tərkibi hələ tam oturuşmamışdı. Lakin indi 2024-cü ildə keratinlər də, digər bərbər ləvazimatları kimi dəyişikliyə uğrayaq, daha da təkmilləşib.  İndi bir çox keratinlər çox az göz yandırırlar. Ona görə də,  onlarla işləmək rahatdır.  Söz keratindən düşmüşkən, onu da nəzərinizə çatdırmaq istəyirəm ki, keratin heç vaxt saçın dibinə vurulmaz, belə olduğu halda saç tökülməsi, ən pis halda keçəlliklə üzləşmə riski var . Ona görə də, bu kimi prosedurları icra etməyi,  professional insanlara həvalə edin. Əks halda saçınızla vidalaşa bilərsiniz.

Söhbətimizin əvvəlində TV aparıcıları ilə da çalışdığınızı bildirdiniz.  Stilist kimi aparıcıların geyimini necə qiymətləndirirsiniz? Aparıcı hansı geyimlərə üstünlük verməlidir ki, tamaşaçıda, qıcıq oyatmasın?

Bu ilk olaraq verilişin formatından asılıdır. Təbii ki, ciddi verilişə sən sport geyinə bilməzsən. Bilirsiniz, günümüzdə kriteriyalar da dəyişib. Əvvəllər televiziyalarda Şura var idi və hər o Şuradan keçəndən sonra televiziyaya dəvət alırdın. Lakin indi bazar iqtisadiyyatı dövrü olduğu üçün bir çox şeylərə ya göz yumulur, ya da nəzərə alınmır. Əslində çox gözəl sual vermisiniz. 

Bir aparıcı ilk növbədə öz bədənini  tanımalıdır və bədənində olan hansısa xoş olmayan görüntünü gizlətməlidir. Onu qabardıb ürək bulandırmamalıdır. Bunun üçün də efir rejissoru var, texniki heyyət və sairə var . Amma indiki aparıcılar özləri sponsor tapdıqları üçün  televiziyalarda heç kim onlara söz deyə bilmir. Niyə? Çünki aparıcı getsə,  sponsorlar da onunla bir yerdə gedəcək. Televiziya da pulsuz qalacaq . İşçilərə maaş vermək lazımdır axı. Amma işini peşəkarcasına görən aparıcılarımız da var. Hansılar ki, nəinki geyimə, hətta geyimin rənginə, rənginin uyğunluğuna qədər diqqət edirlər.

İlkin bəy, bizə zaman ayırdığınız üçün təşəkkür edirik.

Mən sizə  təşəkkür edirəm.  İşlərinizdə uğurlar arzu edirəm.  Unutmayın hər stil dəyişikliyi saçlardan başlamalıdır

Ayna Fərhad

Check Also

Şəmsi Səmədoğludan ŞOK AÇIQLAMA – TAM MÜSAHİBƏ

Məşhur iş adamı Şəmsi Səmədoğlu son günlər ölkə gündəmini zəbt edən xoşgəlməz görüntülər, həmçinin bu …