Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər

NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildə vəzifəsini tərk etdikdən sonra “Eurofighter” qırıcısının pilotu ola biləcəyi ilə bağlı zarafat edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə o, Almaniya Hərbi Hava Qüvvələrinin Lage şəhəri yaxınlığındakı aviabazada yerləşən 73-cü “Ştaynhoff” aviasiya eskadrilyasına səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Bəlkə də bu, NATO-dakı 10 illik fəaliyyətimi bitirəndən sonra məşğul olacağım şeydir”, – o, “Eurofighter”də uçduqdan və hətta, özünün dediyi kimi, iki dəfə şturvalı sərbəst idarə etdikdən sonra deyib.

NATO-nun mətbuat xidməti Stoltenberqin çıxışını canlı yayımlayıb.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …