Cümə , 27 Mart 2026
Drone Cameras

Sudanda məcburi köçkünlərin sayı 3 milyonu ötüb

Bir həftə ərzində 334 mindən çox sudanlı evlərini tərk etmək məcburiyyətində qalıb və aprelin 15-də ölkədə qarşıdurmaların başladığı vaxtdan bəri məcburi köçkünlərin sayı 3 milyonu keçib.

Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

İdarə davam edən müharibə səbəbiylə aclıq və əhalinin köçməsinin nəzarətdən çıxdığı barədə xəbərdarlıq edib. Qeyd olunub ki, 855 mindən çox sudanlı qonşu ölkələrə qaçıb.

Vurğulanıb ki, 20 milyondan çox sudanlı ciddi ərzaq təhlükəsizliyi ilə üzləşib və 6 milyondan çoxu, yəni əhalinin təxminən 13%-i indi aclığın bir addımlığındadır.

Check Also

İran Hörmüz boğazından keçid üçün rüsumlar haqqında qanun layihəsi hazırlayır

İran parlamenti Hörmüz boğazından keçən bəzi gəmilərdən rüsumların rəsmiləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir. …