Bazar , 19 Yanvar 2025
Drone Cameras

Süleyman Soylu: “Türkiyə tarixi qərar ərəfəsindədir”

“Türkiyə indiyədək bir çox tarixi əhəmiyyətli qərarlar verib. İndi yenə tarixi qərar ərəfəsindəyik”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

O bildirib ki, 20 il əvvələdək ölkənin şərq və cənub şərqində vəziyyət çox ağır idi: “İnsanlar qorxa-qorxa küçəyə çıxırdı. İndi isə durum dəyişib. Bundan sonra hansı Türkiyənin olmasına dair qərarı isə xalq verəcək. Gələcəkdə hansı Türkiyənin mövcud olacağı tamamilə xalqın iradəsindən asılıdır”.

Nazir söyləyib ki, fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək: “Biz xalq üçün çalışmaqdan məmnunuq”.

Xatırladaq ki, bu gün “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanın lideri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) seçki bəyannaməsini açıqlayacaq.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …